Ermənistanda bloqeri döyən rayon rəhbəri İSTEFA VERDİbackend

Ermənistanda bloqeri döyən rayon rəhbəri İSTEFA VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda qalmaqallı Nor-Nork başçısı Tiqran Ter-Markaryan istefa verib.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilir ki, Ter-Markaryan istefa məktubu yazıb.

Ter-Markaryan mediaya bildirib ki, qərar olarsa, bu barədə şəxsən məlumat verəcək.

Xatırladaq ki, “Respublika” partiyasını (Dövlət Dumasının koalisiya partnyoru) təmsil edən paytaxt məmuru aprelin 30-da öz əməkdaşları ilə birgə fəal Artur Çaxoyanı döyüb.

Münaqişənin yaranmasına və fəalın sonradan döyülməsinə səbəb Çaxoyanın rayon rəhbəri ilə uşaq bağçası tikmək məsələsi ilə bağlı görüşmək niyyəti olub.

Xuraman Etibarlı

İnterpress.az