Bir hot-doq 36 dəqiqə, bir stəkan qazlı içki ömrü 12 dəqiqə qısaldır.
İnterpress.az xəbər verir ki, Miçiqan Universitetinin alimləri yeni araşdırmadan sonra belə qənaətə gəliblər.
Araşdırmaya görə, hot-doq yemək ömrünüzü orta hesabla 36 dəqiqə qısaldır, onunla soda içmək isə bu rəqəmi 12 dəqiqə artırır.
İnsan içdiyi hər banka və ya stəkan qazlı içki ilə həyatının 12 dəqiqəsini oğurlayır.
Qazlı içkilərin tərkibində kritik təhlükəli dozalarda kanserogenlər, boyalar və konservantlar var.
Bu maddələr mübadiləsini pozur, piylənmə, diabet, ürək-damar xəstəlikləri ilə nəticələnir, bağırsaq mikroflorasına zərər verir və hətta xərçəngə səbəb ola bilər, çünki orqanizmdə iltihabın ümumi səviyyəsi yüksəlir.
Lakin bütün nəticələr mənfi deyildi: tədqiqatçılar həmçinin müəyyən balıq növlərinin ömrünü 28 dəqiqə uzada bildiyini müəyyən ediblər.
Xuraman Etibarlı
İnterpress.az