Ermənistanda vətəndaşlıqdan çıxmaq üçün rüsum 6 dəfə, onu almaq üçün isə 50 dəfə artırılıb.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, Ermənistanda vətəndaşlıqdan çıxmaq üçün rüsum 6 dəfə,vətəndaşlıq almaq üçün isə 50 dəfə artırılıb.
1990-cı illərdən etibarən vətəndaşlıq almaq üçün rüsum 1000 dram (təxminən 2,5 sent), vətəndaşlıqdan imtina üçün isə 25 min (63 dollar) təşkil edir. İndi onlar müvafiq olaraq 50 və 150 minə (120 və 360 dollardan bir qədər çox) qədər artırılıb.
Xuraman Etibarlı
İnterpress.az