Ermənistandan gələn meyvə-tərəvəzdə təhlükəli pestisidlərin miqdarı 5 dəfə çoxdur – Rosselxoznadzorbackend

Ermənistandan gələn meyvə-tərəvəzdə təhlükəli pestisidlərin miqdarı 5 dəfə çoxdur – Rosselxoznadzor

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistandan Rusiyaya idxal olan meyvə-tərəvəzdə təhlükəli pestisidlərin miqdarı 5 dəfə artıqdır.

interpress.az xəbər verir ki, bu barədə Rosselxoznadzor məlumat yayıb. Rosselxoznadzor bildirib ki, Ermənistandan Rusiyaya idxal olan meyvə-tərəvəzdə təhlükəli pestisidlərin miqdarı 5 dəfə artıqdır.

Bəzi maddələr üzrə norma 5-8 dəfə artıq olub. Bundan əlavə, 2024-cü ildə idxal olunanların yarısı karantin fitosanitar nəzarətindən keçməyib.

Qeyd edilir ki, Ermənistandan gələn meyvə-tərəvəzin 90%-dən çoxu Rusiyaya gedir. Bunlar ərik, alma, pomidor və bibərdir.

Xuraman Etibarlı

İnterpress.az