Ermənistandan gələn sərnişinlər Kişinyov hava limanında SAXLANILDIbackend

Ermənistandan gələn sərnişinlər Kişinyov hava limanında SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvandan gələn sərnişinlər Kişinyov hava limanında saxlanılıb.

interpress.az xəbər verir ki, bu barədə Komrat şəhər şurasının üzvü İvan Panya  facebook səhifəsində yazıb.

O deyib ki, İrəvandan gələn sərnişinlər heç bir izahat verilmədən Kişinyov hava limanında bir neçə saat saxlanılıb.

“Sərnişinləri hava limanından buraxmırlar, axtarış aparırlar, şəxsi əşyalarını yoxlayırlar, əllərində olan pulları sayırlar. Onlar saat 3.00-dan oradadırlar. Heç kim həbsin səbəblərini izah etmir“, – Panya bildirib.

O, səhər saat səkkizə qədər bir çox sərnişinin “saatlıq zorakılıqdan sonra” sərbəst buraxıldığını açıqlayıb. Eyni zamanda Panya iddia edir ki, hələ də hava limanında bir neçə nəfər qalıb.

Xuraman Etibarlı

İnterpress.az