Ermənistanın ABŞ-dəki səfiri postu uğrunda qızğın mübarizə gedir – “Hraparak”backend

Ermənistanın ABŞ-dəki səfiri postu uğrunda qızğın mübarizə gedir – “Hraparak”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın ABŞ-dəki səfiri postu uğrunda qızğın döyüş gedir. 

İnterpress.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Buna baxmayaraq, səlahiyyət müddətinin bitməsinə bir neçə ay qalan Lilit Makunts vəzifəsindən uzaqlaşdırılacaq.

Nəşr yazır ki, əsas seçim Paşinyana yaxın iki şəxs – deputat Arsen Torosyan (əvvəllər Səhiyyə Nazirliyinin rəhbəri postunu tutub) və əmək və sosial məsələlər naziri Narek Mkrtçyan (baş nazirin partiyasında xarici əlaqələrə cavabdehdir) arasındadır.

Torosyan son vaxtlar tez-tez Paşinyanı xarici səfərlərində müşayiət edir və baş nazirin tezislərini təbliğ etmək üçün əlindən gələni edir.

Mkrtçyan isə tez-tez ABŞ-yə səfər edir, hətta Donald Trampın andiçmə mərasimində iştirak edib və məsələni daha inandırıcı etmək üçün ABŞ dövlət katibi Marko Rubio ilə şəkil çəkdirib.

Xuraman Etibarlı

İnterpress.az