Ermənistanın Baş Prokurorluğu: uşaqlara qarşı cinayətlərin sayı artırbackend

Ermənistanın Baş Prokurorluğu: uşaqlara qarşı cinayətlərin sayı artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda uşaqlara qarşı cinayət hallarının sayı artır.

Bu barədə ölkənin Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, 2020-ci ildə azyaşlılara qarşı cinayətlərlə bağlı 259 məlumat daxil olubsa, 2021-ci ildə bu rəqəm 292 olub.

Uşaqlara qarşı cinayətlər arasında əsasən döyülmə, fiziki və ya psixoloji əzab vermə, təcavüz, yaxın qohum və ya valideynin ziyarətinə qadağa qoyulması var.

2021-ci ildə 90 cinayət işi ittiham aktı ilə birlikdə məhkəmələrə göndərilib.

Prokurorluğun məlumatına görə, uşaqlara qarşı cinayətlərin 40 %-i təhsil funksiyası həvalə edilmiş şəxslər tərəfindən törədilib.