Ermənistanın KTMT-yə üzvlüyü İrəvanın Vaşinqtonla müdafiə sahəsində daha dərin əməkdaşlığına mane olmur.
interpress.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin müavini Uzra Zeya Ermənistanın “Hetq” nəşrinə müsahibəsində bildirib.
“Ermənistan KTMT-nin üzvü olaraq qalır, müdafiə və mülki təhlükəsizlik məsələlərində əməkdaşlığımız dərinləşməkdə davam edir”, – Zeya deyib.
O, həmçinin vurğulayıb ki, Rusiyanın hərbi mövcudluğunun Cənubi Qafqazda regional sülhün və sabitliyin təmin olunmasına kömək etməsinin lehinə “heç bir arqument yoxdur”.
İyunun 13-də Ermənistanın baş naziri Paşinyan bildirib ki, “növbəti məntiqi addım KTMT-dən çıxmaq olacaq” və bu addımın nə vaxt atılacağına ölkə hakimiyyəti qərar verəcək.
Fevralın 23-də o, France24-ə müsahibəsində Ermənistanın təşkilatda iştirakının dondurulduğunu açıqlayıb.
Mayın 8-də Ermənistan Xarici İşlər Nazirliyi ölkənin KTMT-nin illik büdcəsinin təsdiqində və təşkilatın maliyyələşdirilməsində iştirak etməyəcəyi barədə məlumat yayıb.
Xuraman Etibarlı
İnterpress.az