Ersin Tatar: Biz bir millət, eyni zamanda üç dövlətikbackend

Ersin Tatar: Biz bir millət, eyni zamanda üç dövlətik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Zəfəri bizim, Türkiyə Cümhuriyyətinin və bütün türk dünyasının zəfəridir”.

Bu barədə İnterpress.az-ın baş redaktoru Toğrul Allahverdiliyə özəl müsahibəsində KKTC prezidenti Ersin Tatar bildirib.

E.Tatar müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyevi təbirk edib. “Onun rəhbərliyi ilə Azərbaycan böyük bir zəfər qazandı. Azərbaycanın Qarabağ zəfərinin birinci ildönümü bayramını təbrik edirəm”.

“Bu, böyük türk milləti üçün bir şərəf və ləyaqət məsələsidir. Belə bir gündə sizlərin bayramını təbrik edərkən, Prezident İlham Əliyevə salamlarımı çatdırıram. Ona uğurlar arzulayıram. Qardaş xalqımız olaraq Türkiyə Cümhuriyyətinin bizə verdiyi dəstəklə Pakistandan olan baş konsulun da dediyi kimi, biz bir millət, eyni zamanda üç dövlətik. Azərbaycan, Türkiyə Cümhuriyyəti, KKTC və qardaş dövlət Pakistanla birlikdə daha da güclənmək arzusu ilə sizləri salamlayıram. Böyük türk millətinin daha da güclənməsi üçün bu yolda canlarını fəda edən şəhidlərimizə Allahdan bir daha rəhmət diləyirəm. Qazilərə minnətdarlığımı bildirirəm” -,deyə KKTC Cümhurbaşqanı qeyd edib.

Qeyd edilib ki, E.Tatar müsahibəsində Kıbrıs türk xalqının bu gün Doğu Akdenizdə bir türk dövləti olmağı bacardığına diqqət çəkib: “Hamımız bir yerdə olmalıyıq. Bizim mübarizəmiz sizin də mübarizəniz olmalıdır. Böyük türk dünyasına baxanda hamımızın arzuları, tale birliyi var, bir yerdə olmaq, güclü olmaq zamanıdır”.