Estoniya Respublikası Parlamentinin üzvləri (Riigikogu) təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı veriblər.
Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri dekabrın 25-də baş vermiş faciəvi təyyarə qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verir.
“Biz Azərbaycan xalqı ilə həmrəyyik və həlak olanların qohumlarına və yaxınlarına başsağlığı veririk. Biz qəzanın səbəblərini aydınlaşdırmaq üçün təcili təhqiqatın aparılmasının tərəfdarıyıq”, – deputat qrupunun birgə bəyanatında deyilir.
Deputatlar qrupunun sədri Riina Solman, sədr müavini Mariya Yufereva-Skuratovskidir. Qrupa həmçinin Yaak Aab, Vadim Belobrovtsev, Zuleyxa İzmailova, Aleksey Evqrafov, Ester Karuse, Toomas Kivimaqi, Ayvar Kokk, Anastasiya Kovalenko-Kılvart, Lauri Laats, Andres Metsoya, Eduard Odinets, Helyo Piekhof, Yuku-Kalle, Urmas Reynsalu, Ayvar Sıerd və Hendrik Yoxannes Terras daxildir.