Etirazçılar Ekvador hakimiyyəti ilə razılığa gəliblərbackend

Etirazçılar Ekvador hakimiyyəti ilə razılığa gəliblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekvadorda iki həftədir davam edən hökumət əleyhinə etirazlarda razılıq əldə olunub.

Yerli Xalqların Milli Konfederasiyasının (CONAIE) nümayəndələri hökumətlə bir sıra məqamlarda razılığa gəliblər. Onlar etirazlara son qoymağa qərar veriblər.

“Gündəmdə duran prioritet məsələlər üzrə nəticələrə və irəliləyişlərə nail olan yerli hərəkat rəsmi olaraq milli tətilin birinci mərhələsini başa çatmış hesab edir. 90 gün ərzində razılaşma və öhdəliklərə əməl olunması qiymətləndiriləcək. Mübarizə bizə hüququmuzu qazanmağa imkan verdi. 10 bəndlik milli nəticələr əldə etdik. Kənd və şəhərlərdə iqtisadiyyat, tibb və təhsil sahələrində həssas ailələrin vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlər görürük”,- deyə bilidirilib.

Etirazlar zamanı ən azı 6 nəfər ölüb, onlarla insan yaralanıb.

Etirazçıların əsas tələbi artan cinayətlər fonunda yanacağın qiymətinin aşağı salınması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi olub.