“Eyni millətdən olsaydıq, Ukrayna bayrağı Moskvada dalğalanardı” – Zelenskibackend

“Eyni millətdən olsaydıq, Ukrayna bayrağı Moskvada dalğalanardı” – Zelenski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Vladimir Putin “Birbaşa Xətt” proqramında Ukrayna ilə bağlı açıqlamalar verib. Belə  ki, Putin “Ukraynalıları və Rusları bir millət kimi görürəm”,- deyə ifadə işlədib.  Rusiya liderinin bu açıqlaması Ukraynada gündəm yaradıb.

Bundan sonra Ukrayna prezidenti Vladimir Zelenski Putinin bu ifadəsinə reaksiya verib.

Mətbuata danışan Zelenski, “Ruslarla Ukraynalılar arasında ortaq bir çox şey var. Tariximizin bir hissəsi ortaqdır, xatirələrimiz, qonşularımız, qohumlarımız, faşizm üzərində ümumi zəfərlərimiz və paylaşılan faciələrimiz var, amma bu bizi eyni millətdən yaratmır. Ukraynalılar və ruslar eyni millətdən olsaydılar, Ukrayna bayrağı Moskvada, Rusiya Dövlət Dumasında dalğalanılar və grivnadan (Ukrayna pulu) istifadə edilərdi”.

Zelenski həmçinin Donbasdakı vəziyyətdən danışıb:

“Məqsədimiz Donbasdakı müharibəni bitirmək və Ukraynaya torpaqlarını qaytarmaq olmalıdır. Bu, açıq şəkildə torpaqları işğal edərək eyni millətdən olmamaqla müharibəni davam etdirmək demək deyil “.