Moskvada fahişələr onları lentə almaq istəyən jurnalistləri zirzəmidə bağlayıblar.
interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Müxbir və operatora yüngül xarakterli Moskva qızları haqqında süjet çəkmək tapşırılıb. Tanışlıq saytın tapıb, görüş təyin ediblər və göstərilən ünvana gəliblər.
Binanın zirzəmisinə endikdən sonra onları daha 5 çılpaq qız və onların “rəhbəri” qarşılayıb. O, bəyəndiklərini seçməyi təklif edib. Amma operator kameranı çıxaran kimi hamısı qaçıb və jurnalisti və operatoru zirzəmidə kilidləyiblər.
Daha sonra polis çağırılıb və “girovlar” azad edilib.
Xuraman Etibarlı
İnterpress.az