Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İnterpress.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında sənədlər tədqiq edilib.
İclasda Fazil Mustafanın çıxışları səsləndirilib.
Daha sonra hakim məhkəmə istintaqının yekunlaşmasını istəyib, təqsirləndirilən şəxslər buna etiraz etməyiblər. Məhkəmə istintaqın yekunlaşması barədə qərar qəbul edib.
Məhkəmənin növbəti iclası iyunun 13-nə təyin olunub.