Finlandiyada rusiyalı tələbə sanksiyaları pozduğuna görə CƏZALANDIRILDIbackend

Finlandiyada rusiyalı tələbə sanksiyaları pozduğuna görə CƏZALANDIRILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiyada rusiyalı tələbə sanksiyaları pozduğuna görə şərti cəzaya məhkum edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Finlandiyanın “Yle” tele-radio şirkətinin məlumat yayıb.

Məlumata görə, rusiyalı tələbə sanksiyaları pozduğuna görə məhkəmə tərəfindən şərti həbs cəzasına məhkum edilib.

Tələbə əvvəllər etiraf edib ki, iki nəfərlə birlikdə ikiqat təyinatlı mallar alaraq onları Rusiyaya göndərib.

Bu mallar arasında dronlar, noutbuklar, prosessorlar, smartfonlar və lazer məsafəölçən cihazlar olub. Ümumi dəyəri təxminən 140 min avro təşkil edib.

O, 2024-cü ilin aprelində Kaynuu bölgəsindəki kollec tələbələri olan iki rusiyalı ilə birlikdə saxlanılıb.

Xuraman Etibarlı

İnterpress.az