Fransa Xarici İşlər Nazirliyinin rəhbəri İraq və Suriya kürdlərinin liderləri ilə görüşüb.
İnterpress.az xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro İraq və Suriya kürdlərinin liderləri (Neçirvan Barazani və Məzlum Abdi) ilə görüşüb. Görüşdən sonra Barro Parisin İraq Kürdüstanı və Suriya Demokratik Qüvvələri (SDQ) ilə terrorla, xüsusilə də İŞİD-lə mübarizədə əməkdaşlığını yüksək qiymətləndirib.
Bundan əlavə, Barro QSD lideri Abdi ilə söhbəti zamanı, keçid dövründə Suriyadakı kürdlərin hüquq və maraqlarının təmin edilməsinin vacibliyini xüsusilə vurğulayıb.
SDF (Suriya Demokratik Qüvvələri) 2015-ci ildə Suriyada ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın dəstəyi ilə yaradılan kürd hərbi ittifaqıdır.
Alyansın nüvəsini Suriyanın şimal-şərqində fəaliyyət göstərən kürd hərbi-siyasi təşkilatı YPG təşkil edir.
Xuraman Etibarlı
İnterpress.az