Fransada fırtına XƏBƏRDARLIĞIbackend

Fransada fırtına XƏBƏRDARLIĞI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada Ciaran fırtınası səbəbindən vətəndaşlardan bu gecə evlərini tərk etməmələri istənilib. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir. Daxili İşlər Naziri Gerald Darmanin BFMTV kanalına verdiyi açıqlamada Fransanın şimal-qərbindəki Brittany və Normandiya bölgələrində xüsusilə təsirli olacaq “Ciaran” fırtınasına qarşı xəbərdarlıq edib.

Ölkə daxilində vətəndaşlara “Bu gecə evlərinizi tərk etməyin” xəbərdarlığı edən Darmanin Brittani və Normandiyaya 3200 yanğınsöndürmə personalının təyin edildiyini bildirib.

Bildirilir ki, sürəti saatda 170 kilometrə çatan tufan Brittani və Normandiya sahillərində 10 metr yüksəkliyə çatan dalğalara səbəb ola bilər.

Dənizkənarı ərazilərdə 16 yaşayış məntəqəsində xəbərdarlıq səviyyəsi “narıncı”ya yüksəldilib.

Böyük Britaniya, İrlandiya, Fransa və Pireney yarımadasını təsir edəcəyi gözlənilən Ciaran fırtınasına görə yağış və daşqın xəbərdarlığı edilib.