Fransada polisin 8 ildir qanunsuz proqramından istifadə etdiyi iddia olunubbackend

Fransada polisin 8 ildir qanunsuz proqramından istifadə etdiyi iddia olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada təhlükəsizlik qüvvələrinin 2015-ci ildən bəri qeyri-qanuni olaraq Briefcam üz tanıma proqramından istifadə etdiyi iddia edilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Fransız araşdırma saytı Disclose rəsmilərin 2015-ci ildə İsrailin Briefcam şirkətindən gizli şəkildə üz tanıma proqram təminatı aldığını iddia edib.

Milli polis departamentinin daxili yazışmalarına və Disclose tərəfindən əldə edilən sənədlərə görə, polis illərdir heç bir qanuni əsas olmadan Briefcam proqram təminatından istifadə edir və Daxili İşlər Nazirliyi bu qanun pozuntusuna göz yumur.

Araşdırma saytı, Daxili İşlər Nazirliyinin parlament tərəfindən qəbul edilən yeni qanunla bu günə qədər yalnız çox məhdud hallarda istifadəsinə icazə verilən proqram təminatının daha geniş miqyasda istifadəsinə yol açdığını bildirib.

Disclose-un məlumatına görə, bu qanun təhlükəsizlik qüvvələrinə 2024-cü il Paris Olimpiya Oyunlarında proqram təminatından istifadə etmək üçün qapı açır.

100-dən çox polis bölməsində şirkətin proqram təminatının olduğu təsdiqlənib

Avropa İttifaqında dərc olunan EURACTIV xəbər saytının məlumatına görə, Briefcam-ın Avropa satış direktoru Florian Leibovici şirkətin proqram təminatının Fransada 100-dən çox polis bölməsində mövcud olduğunu təsdiqləyib.

Fransanın İnformasiya Texnologiyaları və Azadlıq Qanununa əsasən, xüsusi hallar istisna olmaqla, hüquq-mühafizə orqanları tərəfindən biometrik identifikasiya və sifətin tanınması üsullarından istifadə edilməsi qadağandır.