Gecikdikləri təyyarənin arxasınca qaçan iki erməni SAXLANILDIbackend

Gecikdikləri təyyarənin arxasınca qaçan iki erməni SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təyyarəyə gecikən iki erməni insidentə səbəb olub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Novosibirskdə təyyarəyə gecikmiş sərnişinlər yanğın siqnalını işə salıb, terminalın qapısını təpikləyib qalxmaqda olan təyyarəyə minmək üçün platformaya qaçıblar.

Bu səhər S7 Hava Yollarının Embraer 170 təyyarəsi artıq uçuş-enmə zolağına ilə getməyə hazırlaşırdı. Təyyarəyə iki sərnişin gecikib.

Bratsk şəhərinin iki erməni sakini – 37 yaşlı Andranik və onun 42 yaşlı qohumu Spartak təyyarəyə minmə başa çatdıqdan və təyyarənin qapıları bağlandıqdan sonra  çıxışa gəliblər. Lakin onlar təyyarəyə çatmaq üçün hər vasitə ilə şanslarını sınamağa qərar veriblər.

Əvvəlcə Andranik və Spartak yanğın siqnalı düyməsini basıblar, sonra 16-cı qapıda maqnitlə bağlanmış qapını təpiklə vurub perrona çıxıblar. Daha sonra dördüncü dayanacaqda ən yaxın yerdə təyyarəyə minməyə çalışıbar.

Lakin qohumların bəxti gətirməyib, onlar saxlanılaraq polis əməkdaşlarına təhvil verilib.

Onlar heç yerə uçmayıblar, lakin nəqliyyatın təhlükəsizliyi tələblərinə əməl etmədiklərinə görə barələrində inzibati protokollar tərtib edilib.

Bundan əlavə, hazırda onların əməlləri ilə hava limanına dəymiş ziyan hesablanır.

Xuraman Etibarlı

İnterpress.az