“Estoniyanın namizədliyi təsdiq olunmasa, Malta 2024-cü ildə ATƏT-ə sədrlik etməyə hazırdır”.
İnterpress.az xəbər verir ki, bunu Maltanın Baş naziri Robert Abela Avstriya kansleri Karl Nehammerlə birgə mətbuat konfransında deyib.
“Bilirsiniz ki, Estoniya rəsmi namizəddir. Bir sıra ölkələrin buna qarşı olduğu məlumdur. Alternativ olaraq ATƏT sədrliyinə Maltanın namizədliyi irəli sürülüb. Hesab edirəm ki, biz buna hazırıq”, – bildirib.