ABŞ prezidenti Co Baydenə dəstək getdikcə azalır. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Ölkədə keçirilən ictimai rəy sorğusuna görə, gənc ABŞ seçicilərinin 70 faizi Baydenin İsrailin Qəzzaya hücumlarını idarə etməsindən razı deyil. ABŞ prezidenti Co Baydenə səsvermə məntəqələrindən bəd xəbərlər gəlir.
NBC News televiziyası 2024-cü il seçkiləri ilə bağlı yeni sorğu keçirib.
Sorğu göstərib ki, Baydenin səsləri İsrailin Qəzza zolağına hücumlarının başladığı 7 oktyabrdan bəri aşağı düşüb.
Xüsusilə Demokrat Partiyasından olan gənc seçicilər arasında Baydenə dəstəyin azalması diqqət çəkib.
ABŞ prezidenti Baydenin seçicilərdən razılığı 40 faiz olaraq qalsa da, 18-34 yaş arası gənc seçicilər İsrailin Qəzza zolağına hücumlarını yaşlı seçicilərdən “az” dəstəkləyir.
O, həmçinin Qəzzada dinc əhalinin qətlə yetirilməsinin əleyhinədir.
Bayden əvəzinə daha gənc namizəd görmək istəyən gənc seçicilərin 70 faizi Vaşinqton administrasiyasının İsraili dəstəkləmək siyasətini bəyənmir.
Gənc seçicilərin Baydenin prezidentlik fəaliyyətini bəyənməsi də 31 faizə düşüb.
CNN televiziyası və New York Times qəzetinin son sorğuları da ABŞ-ın keçmiş prezidenti Donald Trampın Baydeni 4 bal qabaqladığını üzə çıxarıb.