Gəncədə 2 avtomobil toqquşub, onlardan biri şirkət avtomobilidirbackend

Gəncədə 2 avtomobil toqquşub, onlardan biri şirkət avtomobilidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhərində Körpü-Tikinti şirkətinə məxsus avtomobil digər minik avtomobilinlə toqquşub, xəsarət alan var.

Bu barədə İnterpress.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir.

Gəncə şəhər ərazisində “VAZ-2107” markalı avtomobillə “Suziki” markalı avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ”-ın sürücüsü müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya aparılıb.

Qeyd edək ki, “Suzuki” markalı avtomobil Körpü-Tikinti şirkətinə məxsusdur.

Faktla bağlı araşdırma aparılır.