Güclü külək səbəbindən Bakıda daha bir məktəbin dam örtüyü uçdu – FOTObackend

Güclü külək səbəbindən Bakıda daha bir məktəbin dam örtüyü uçdu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Paytaxtda əsən güclü külək nəticəsində 319 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, digər bir neçə məktəbin həyətində isə ağacların aşması, xüsusi konstruksiyaların zədələnməsi halları müşahidə olunub.

“Müvafiq təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı xəbərdarlıq olunub. Hava şəraiti imkan verən kimi küləyin törətdiyi fəsadların aradan qaldırılması təmin ediləcək”, – deyə açıqlamada qeyd edilib.

 

 

 

İnterpress.az