Gümrüdə gərginlik ARTIR – İrəvandan əlavə polis qüvvələri GÖNDƏRİLDİ – VİDEObackend

Gümrüdə gərginlik ARTIR – İrəvandan əlavə polis qüvvələri GÖNDƏRİLDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Gümrü şəhərində vəziyyət gərginləşib.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Yerli sakinlər seçilmiş merin müdafiəsi üçün küçələrə çıxıblar.

Etirazçılar hökumət qüvvələrinin “qanunsuz hərəkətlərinə” və “siyasi təzyiqlərə” qarşı çıxır.

Hadisələr fonunda İrəvandan Gümrüyə əlavə polis qüvvələrinin göndərildiyi bildirilir.

Şahidlərin sözlərinə görə, şəhərin mərkəzi küçələrində hüquq-mühafizə orqanları ilə etirazçılar arasında qarşıdurma yaşanır.

Rəsmi qurumlar hələlik vəziyyətlə bağlı açıqlama verməyib. Yerli media toqquşmaların qarşısını almaq üçün təhlükəsizlik tədbirlərinin gücləndirildiyini yazır.

Xuraman Etibarlı

İnterpress.az