Gürcüstan müxalifəti hakimiyyəti Avropaya inteqrasiya məsələsində İTTİHAM ETDİbackend

Gürcüstan müxalifəti hakimiyyəti Avropaya inteqrasiya məsələsində İTTİHAM ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan müxalifəti hakimiyyəti ölkəni Avropaya inteqrasiyadan daha da uzaqlaşdırmaqda ittiham edib.

İnterpress.az xəbər verir ki, Gürcüstanın xarici işlər naziri Boçorişvili Avropaya inteqrasiya üzrə Baş Direktorluğu ləğv edib və bu strukturun 250 əməkdaşını işdən azad edib.

Bunu “Güclü Gürcüstan: Lelo, xalq üçün, azadlıq üçün!” müxalifət assosiasiyasının üzvü  Gegeliya öz mənbələrinə istinadən deyib.

“Şər rejim bu hərəkəti ilə artıq rəsmi, deklorativ şəkildə bəyan edib ki, Avropaya inteqrasiya artıq bu Xarici İşlər Nazirliyi üçün prioritet deyil. Buna görə də o, nazirlikdə direktorluq səviyyəsində struktur bölməyə layiq deyil”, – Gegeliya hesab edir.

Ötən ilin noyabrında Gürcüstan hökuməti 2028-ci ilin sonuna kimi Aİ-yə üzvlüklə bağlı danışıqlardan imtina edib.

Hakimiyyətin bu qərarı ölkədə vaxtaşırı bu günə qədər davam edən kütləvi nümayişlərə səbəb olub.

Xuraman Etibarlı

İnterpress.az