Gürcüstan Universitetinin binası Saakaşvili ailəsindən GERİ TƏLƏB OLUNURbackend

Gürcüstan Universitetinin binası Saakaşvili ailəsindən GERİ TƏLƏB OLUNUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan Texniki Universitetinin rektoru “Gürcüstan Universiteti”nin əmlakının müsadirəsini tələb edib.

İnterpress.az xəbər verir ki, Gürcüstan Texniki Universitetinin rektoru David Qurgenidze Prokurorluğa müraciət edərək “Gürcüstan Universiteti”nin binasının müsadirə olunmasını istəyib.

Onun sözlərinə görə, həmin bina əvvəllər Texniki Universitetə məxsus olub və o, əmlakın geri qaytarılmasını tələb edir.

Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, bir neçə il əvvəl universitet simvolik olaraq 1 lariyə (təxminən 0,37 dollar) sabiq prezident Mixail Saakaşvilinin anası Giuli Alasaniyaya verilib.

“Bu, yumşaq desək, açıq-aşkar həyasızlıqdır. Məsələ maraq doğurur və biz müvafiq qurumların reaksiyasını gözləyəcəyik”, – Kobaxidze qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az