Gürcüstanda koronavirusa yoluxanların sayı 1 049 nəfərə çatıbbackend

Gürcüstanda koronavirusa yoluxanların sayı 1 049 nəfərə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda yeni növ koronavirusa daha (COVID-19) 10 yoluxma halı qeydə alınıb.

İnterpress.az-ın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavorusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 049 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə 5 534 nəfər karantində saxlanılır, 267 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 903 nəfərin sağaldığı, 16 nəfərin isə vəfat etdiyi bildirilir.