Gürcüstanda kütləvi elektrik enerjisi kəsintisi baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Tbilisinin bir hissəsində, Msxetada, Qoridə, Batumidə, Potidə, Borjomidə, Kutaisidə, Zuqdididə və bir sıra digər şəhərlərdə işıq yoxdur.
Tbilisi elektrik paylayıcı şirkəti “Telmiko”dan “RİA Novosti”yə bildiriblər ki, elektrik enerjisinin kəsilməsi böyük bir qəza ilə əlaqədardır.
“Tədricən, bütün gecə ərzində, elektrik təchizatı bütün abunəçilərə təmin ediləcək”, – şirkət açıqlayıb.