Gürcüstanda qanunsuz fəaliyyət göstərən 9 əcnəbi saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Saxlanılanlar arasında Nigeriya, Banqladeş, Türkmənistan, Qazaxıstan və Hindistan vətəndaşları da var.
Həbs edilən şəxslər sığınacaq proseduru ilə müəyyən edilmiş şərtlərdən sui-istifadə edərək, qanuni əsas olmadan illərlə ölkədə qalıblar.
Onlar daha sonra mənşə ölkələrinə qayıtmaq məqsədi ilə hazırda Miqrasiya İdarəsinin Müvəqqəti Yerləşdirmə Mərkəzindədirlər.
Xuraman Etibarlı
İnterpress.az