Gürcüstanda xəbərdarlıq tətili başlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.
Yerli vaxtla saat 15:00-da bir çox şirkətlər, eləcə də ayrı-ayrı işçilər 3 saatlıq işdən imtina edirlər.
Onlar yeni seçkilərin keçirilməsini və saxlanılan etirazçıların azad edilməsini tələb edirlər.
Tətilə 160-dan çox şirkət qoşulub, o cümlədən iri müəssisələr – PSP apteklər şəbəkəsi, Fabrika məkanının sakinləri, Fresco mağazalar şəbəkəsi, Rashi taksi xidməti və başqaları.
Xuraman Etibarlı
İnterpress.az