Haaqa məhkəməsi İsraili təzminat ödəməyə çağırıb.
interpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Beynəlxalq Ədalət Məhkəməsi İsrailin Fələstin ərazilərində mövcudluğunun qeyri-qanuni olduğuna qərar verib.
Haaqa İsraili Fələstini işğaldan azad etməyə və təzminat ödəməyə çağırıb.
Məhkəmə bildirib ki, İsrail Fələstin ərazilərini işğal etməsi nəticəsində vurduğu ziyana görə təzminat ödəməli və oradakı mövcudluğuna son qoymalıdır.
Xuraman Etibarlı
İnterpress.az