Havanın çirklənməsi Tehranda təhsilə mane olurbackend

Havanın çirklənməsi Tehranda təhsilə mane olur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın paytaxtı Tehranda hava çirkliliyinə görə təhsil 1 gün müddətinə dayandırılıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. İranın paytaxtı Tehranda hər il qış aylarında havanın çirklənməsi həyata mənfi təsir göstərir.

Tehranın hava dövriyyəsinə uyğun olmayan fiziki quruluşu, şəhərdə əhalinin sıxlığı və nəqliyyat vasitələrinin istifadəsi, nəqliyyat vasitələrində və fabriklərdə istifadə olunan keyfiyyətsiz yanacaqlar havanın çirklənməsinin əsas səbəbi kimi göstərilir.

Tehran Hava Keyfiyyətini Ölçmə Şirkəti tərəfindən edilən açıqlamada, bu gün hava çirkliliyinin hər kubmetr üçün 151 mikroqram olaraq ölçüldüyü və bu nisbətin bütün yaş qrupları üçün qeyri-sağlam və təhlükəli olduğu bildirilib.

Havanın Çirklənməsi ilə bağlı Fövqəladə Hallar Komitəsindən verilən açıqlamada havanın çirklənməsi ilə əlaqədar paytaxtdakı bütün uşaq bağçaları və ibtidai məktəblərin 1 gün müddətinə bağlanmasına qərar verildiyi bildirilib.

Açıqlamada ürək və ağciyər xəstəlikləri olan şəxslərə, qocalara və uşaqlara küçəyə çıxmamaq, ictimaiyyətə isə hər cür açıq havada fəaliyyətlərdən çəkinmələri barədə xəbərdarlıq edilib.