ABŞ-ın Havaydakı hərbi bazasında hərbi təyyarənin uçuş zolağından çıxaraq yaxınlıqdakı körfəzə çırpılması nəticəsində 9 nəfər xəsarət alıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Honolulu Yanğın Departamentinin sözçüsü Malcolm K. Medrano yerli vaxtla saat 14:00 radələrində Havaydakı dəniz bazasında hərbi təyyarənin Kaneohe körfəzinə düşdüyü barədə xəbər aldıqlarını açıqlayıb.
Hərbi rəsmilər qeyd ediblər ki, P-8A hərbi təyyarəsinin Havaydakı dəniz bazasındakı uçuş-enmə zolağından çıxmasının səbəbi hələlik məlum deyil. Sahil Təhlükəsizlik Komandanlığı təyyarədə yaralanan 9 nəfərin xilas edildiyini, axtarış-xilasetmə işlərinin sona çatdığını açıqlayıb. Bölgədəki hava şəraiti ilə əlaqədar görmənin azaldığı bildirilir.