Həftəsonu yol qəzalarında 8 nəfər ölüb, 10 nəfər yaralanıbbackend

Həftəsonu yol qəzalarında 8 nəfər ölüb, 10 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həftəsonu respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 10 nəfər isə xəsarət alıb.

Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Belə ki, avqustun 5-6-da ölkə ərazisində qeydə alınan 87, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 73, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 38 , qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb.