İspaniyanın “El Diario” qəzetinin dərc etdiyi sorğuya görə, hər 10 ispandan 6-sı İsrailin Qəzza zolağına hücumlarına qarşıdır və atəşkəs istəyir.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Qəzetin dərc etdiyi nəticələrdə sorğuya qatılan ispanların 60,7 faizi İsrailin 7 oktyabrdan bəri davam edən və bu günə qədər 24 min 400-dən çox insanın həyatını itirdiyi Qəzza zolağına hücumlarını pisləyib.
Sorğuda ispanların yalnız 16,8 faizi İsraili dəstəkləyib, təxminən 23 faiz isə fikir bildirməkdən çəkinib.
Bundan əlavə, 57,9 faiz İspaniya hökumətinin İsraildən “dərhal və qeyd-şərtsiz atəşkəs” tələbini dəstəkləyib.
Digər tərəfdən, İsrailin Qəzza zolağına hücumlarının başladığı 7 oktyabrdan bəri İspaniyada ən böyük nümayişlərdən biri sabah keçiriləcək.
Yüzdən çox qeyri-hökumət təşkilatının dəstəyi ilə qurulan Fələstinin İşğalına Qarşı Həmrəylik Şəbəkəsinin (RESCOP) çağırışı ilə “Fələstində soyqırımı dayandıraq” başlığı ilə təşkil edilən nümayişlər İspaniyanın 90-dan çox əyalət və rayonunda keçirilib.