Rusiyada qumbaraatanın partaması nəticəsində 2 nəfər həyatını itirib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, “LXR”-dəki hərbi hissənin komandiri məktəbliyə qumbaraatandan necə atəş açdığını göstərmək istəyib, lakin sursat lülədə partlayıb və hər ikisini öldürüb.
Stavropoldan olan 13 yaşlı oğlanın atası sentyabrdan hərbi xidmətdədir. Oktyabrın 27-də həyat yoldaşı və uşağı ailə başçısını görmək üçün “LXR”-nin Doljanski rayonuna gəlib.
Atanın komandiri oğlanla tanışlıqdan sonra ona qumbaraatandan necə atəş açıldığını göstərmək qərarına gəlib. Lakin atış zamanı sursat lülənin içərisində partlayıb. Zabit yerindəcə keçinib, ağır bədən xəsarətləri alan uşaq xəstəxanada keçinib.
Uşağın atası qəlpə yaraları alıb, anası isə xəsarət almayıb.
Xuraman Etibarlı
İnterpress.az