Hindistan Pakistanın Kəşmir terroru ilə əlaqəsini açıqlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Hindistanın NDTV telekanalı NİA-dakı mənbələrə istinadən məlumat yayıb.
Milli Təhqiqat Agentliyinin (NIA) Kəşmirdəki terror hücumunu araşdırarkən ilkin hesabatında Pakistanın Xidmətlərarası Kəşfiyyat (ISI) ilə hücumu təşkil etdiyi güman edilən Lashkar-e-Taiba (LeT) terror təşkilatı arasında əməliyyat əlaqələrinə işarə edilib.
Sui-qəsdin yüksək rütbəli ISI rəsmilərinin göstərişi ilə LeT yaraqlıları tərəfindən hazırlandığı bildirilir.
Mənbələr planın Pakistandakı Lashkar-e-Taiba qərargahında hazırlandığını bildirir.
Bundan əlavə, hücumda iştirak edən terrorçulardan ikisinin Pakistan vətəndaşı olduğu üzə çıxıb.
Onlar hücumun vaxtı, maddi-texniki təminatı və icrası ilə bağlı konkret göstərişlər alaraq, öz pakistanlı idarəçiləri ilə daim əlaqə saxlayırdılar.
Terrorçuların Hindistana hücumdan bir neçə həftə əvvəl daxil olduqları güman edilir.
Xuraman Etibarlı
İnterpress.az