Hindistanın Uttarakhand əyalətində yol işləri zamanı çökən tunel tikintisinin dağıntıları altında 4-cü gündə girən təxminən 40 işçidən bəzilərinin səhhətində problemlər yarandığı bildirilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Dövlət rəsmisi Abhishek Ruhela qeyd edib ki, tunel dağıntıları altında qalan işçilərin bəzilərinin qızdırma və bədən ağrıları hiss etməyə başladığı barədə məlumat alıblar.
Ruhela bildirib ki, dərman və qida işçilərə tunelə açılan borular vasitəsilə çatdırılıb.
Axtarış-xilasetmə işlərinin texniki nasazlıqlara görə uzandığı, lakin bu problemlərin aradan qaldırıldığı vurğulanıb və 4-cü günə daxil olan işlərin təxminən 200 nəfərlik heyətlə davam etdirildiyi qeyd edilib.
Təxminən 76 santimetr enində polad boruların buraxılması ilə dağıntıların boşaldılmasının planlaşdırıldığı bildirilir.
Dağıntılar altında təxminən 40 işçinin olduğu açıqlanıb.