Hindistanın paytaxtı Yeni Dehlidə boya fabrikində baş verən yanğında ilkin məlumata görə 11 nəfər ölüb, 4 nəfər yaralanıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
India Today-in məlumatına görə, Yeni Dehlidə boya fabrikinin birinci mərtəbəsində baş verən yanğın dünən yerli vaxtla saat 21:00 radələrində nəzarət altına alınıb.
İlkin məlumata görə, yanğın zamanı 11 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Xəstəxanaya çatdırılan yaralılar arasında hadisə yerinə gələn polis əməkdaşı da olub.
Ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Yerli polis rəsmiləri yanğının fabrikdə baş verən partlayış nəticəsində baş vermə ehtimalını nəzərdən keçirdiklərini bildiriblər.