Hindistanda tuneldə köməksiz qalan işçilərə motivasiya üçün oyunlar göndəriləcəkbackend

Hindistanda tuneldə köməksiz qalan işçilərə motivasiya üçün oyunlar göndəriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın Uttarakhand əyalətində yol işləri zamanı tikilməkdə olan tunelin bir hissəsinin çökməsi nəticəsində sıxışan fəhlələrin psixi sağlamlıqlarını qorumaq üçün onlara müxtəlif oyunlar göndərilməsi planlaşdırılır. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Səlahiyyətlilərdən Uttarkandda tuneldə qapalı qalan işçilər üçün qurtarma işlərinin 12-ci günündə şərhlər edib.

Səlahiyyətlilər sözügedən işçiləri ruhi cəhətdən sağlam saxlamaq üçün onlara şahmat və kart oyunları göndərməyi planlaşdırdıqlarını bildirib.

Hadisə yerində olan Psixiatr Dr. Rohit Gondwal, xilasetmə işlərinin vaxt aparacağını söyləyib və əlavə edib: “İşçilərin stresdən qurtulmasına kömək etmək üçün şahmat taxtaları və oyun kartları göndərməyi planlaşdırırıq”.

Onlar tunelin çökməsindən sonra tələyə düşüblər.

Hindistanda tikilməkdə olan tunelin bir hissəsi noyabrın 12-də yol işləri zamanı uçub.

Səlahiyyətlilər ən azı 40 işçinin dağıntılar altında qaldığını, işçilərə oksigen və qidanın boru vasitəsilə çatdırıldığını açıqlamışdı.

Dağıntılar altında olan işçilərin bəzilərinin səhhətində problemlər yarandığı bildirilib.

Qazma maşınlarının zədələnməsi ilə əlaqədar xilasetmə işləri 7-ci gün dayandırılıb, noyabrın 21-də qapalı qalan işçilərlə əlaqə yaradılıb.