Livanın cənubunda “Hizbullah” raket kompleksinin komandiri məhv edilib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Livanın cənubunda quru əməliyyatı zamanı İsrail ordusu Hizbullahın mərkəzi qalasına basqın edib. Nəticədə təşkilatın müşahidə məntəqələri olan qərargah və silah anbarları dağıdılıb.
Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubundakı Nəbatiyyə bölgəsinə endirdiyi hava zərbələri nəticəsində “Hizbullah” raket kompleksinin komandiri Əli Tufik Duiç məhv edilib.
O, 2024-cü ilin sentyabrında bu bölməyə rəhbərlik edib və Hayfa və ölkənin mərkəzi də daxil olmaqla İsrailə 300-dən çox raketin buraxılmasına cavabdeh olub.
Xuraman Etibarlı
İnterpress.az