Hökməli sakinləri: “Səkkiz ildir suyu maşınla alırıq”backend

Hökməli sakinləri: “Səkkiz ildir suyu maşınla alırıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeronda sakinlər su problemindən əziyyət çəkirlər.

İnterpress.az xəbər verir ki, bu barədə Oxu.Az-ın redaksiyasına rayonun Hökməli qəsəbəsi, R.Rza küçəsində yaşayan bir qrup sakin tərəfindən şikayət daxil olub.

Sakinlərin sözlərinə görə, suyu hələ də maşınla alırlar:

“Səkkiz ildir ki, burada yaşayıram. Ərazidə kanalizasiya sistemi və su problemi aradan qaldırılmır. Ərazidə ümumiyyətlə kanalizasiya sistemi yoxdur. Bizim yaşadığımız küçədən aşağıda su gəlir. Amma biz suyu səkkiz ildir pulla alırıq. Zülm çəkirik. Aidiyyəti qurumlara müraciət etmişik. İcra hakimiyyəti də, “Azərsu” ASC-də müraciətimizə cavab olaraq bildirdi ki, planda var. Məsələyə baxılacaq. Amma bu proseslər mərhələli şəkildə aparılır. Səkkiz ildir ki, növbə yaşadığımız ərazilərə çatmır”.

Vətəndaşın şikayətinə cavab olaraq “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı redaksiyamıza açıqlamasında bildirib ki, hazırda Abşeron yarımadasında məskunlaşma olan ərazilərin 11 faizində mərkəzləşmiş su şəbəkəsi qurulmayıb:

“Həmin ərazilərə su xətləri çəkilməyib. Bununla bağlı “Azərsu” ASC-nin Baş Planına uyğun olaraq Abşeron yarımadasının su olmayan ərazilərində mərhələli şəkildə işlər görülür. Sözügedən ərazilərdə yaşayan vətəndaşların şikayəti əsasında qısa zamanda orada su və kanalizasiya xətləri çəkmək mümkün deyil. Çünki bu işlər investisiya proqramına uyğun həyata keçirilir. Həmin prosedur baş plana uyğun olaraq dövlət büdcəsindən ayrılan və təsdiqlənən layihə və investisiyalara uyğun həyata keçirilir”.

 

İnterpress.az