Husilər yeni Baş Qərargah rəisini təyin edib.
İnterpress.az xəbər verir ki, Yəməndə husilər hərbi rəhbərlikdə dəyişiklik ediblər. Yeni Baş Qərargah rəisi Yusif Həsən İsmayıl əl-Mədani olub. O, ölümü təsdiqlənmiş əl-Qamarini əvəz edib.
Əl-Mədani husilərin lideri Əbdülməlik əl-Husiyə yaxın fiqur sayılır.
O, hərəkatın qurucusu Hüseyn əl-Husi ilə köhnə əlaqələrə malikdir və İranda SEPAH strukturlarında hərbi təlim keçib.
Yəmənə qayıtdıqdan sonra husi qüvvələrinin əsas sahə komandirlərindən və Tehranla Hizbullah arasında əlaqələndiricilərdən birinə çevrilib.
O, 2014-cü ildə Yəməndə çevrilişdə və İran casusluğunda ittiham olunan şəxslərin azad edilməsi əməliyyatlarında iştirak edib.
2017-ci ildə Səudiyyə Ərəbistanı onun tutulması üçün 20 milyon dollar mükafat təyin edib.
2021-ci ildə isə o, ABŞ Maliyyə Nazirliyinin sanksiyalar siyahısına salınıb.
Xuraman Etibarlı
İnterpress.az






