İranın keçmiş prezidenti İbrahim Rəisinin həlak olduğu helikopterin qəzaya uğramasının əsas səbəbi çətin iqlim şəraiti olub.
İnterpress.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələri Baş Qərargahının yekun hesabatında bildirilib.
“Helikopterin qəzaya uğramasının əsas səbəbi kimi regionda yaz mövsümünün mürəkkəb iqlim şəraiti və sıx duman kütləsinin yaranması göstərilir. Nəticədə helikopter dağa çırpılıb”, – hesabatda qeyd edilib.
Xatırladaq ki, bu il mayın 19-da İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən 8 nəfər helikopter qəzası nəticəsində həlak olub.