İbrahim Rəisiyə görə İranın olimpiya komandasının adı dəyişdiriləcəkbackend

İbrahim Rəisiyə görə İranın olimpiya komandasının adı dəyişdiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paris Olimpiadasında iştirak edəcək İran milli komandası helikopter qəzasında həlak olan İslam Respublikasının Prezidenti İbrahim Rəisinin şərəfinə adını “Xadəm ər-Rza” (İmam Rzanın xidmətçisi) adlandıracaq.

İnterpress.az bildirir ki, bunu İran Milli Olimpiya Komitəsinin (MOK) rəhbəri Mahmud Xosrəvi Vəfa deyib.

“Rəisi fəlakətdə həlak olduqdan sonra şiələrin ən mühüm övliyalarından biri olan İmam Rzanın xidmətçisi adlandırılmağa başladı. İmam Rzanın məqbərəsi İranın şimal-şərqində, İranın Məşhəd şəhərində yerləşir. Bu, prezidentin doğma şəhəridir”, – İran MOK rəhbəri bildirib.

Qeyd edək ki, Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək. İranlı idmançılar beynəlxalq turnirdə iştirak etmək üçün 34 lisenziya əldə ediblər.