İcma: “Qarabağ erməniləri irqçi ideologiyadan, “miatsum” nağıllarından xilas ola bilmir”backend

İcma: “Qarabağ erməniləri irqçi ideologiyadan, “miatsum” nağıllarından xilas ola bilmir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbi Azərbaycan İcması Qarabağ ermənilərinin nəinki irqçi ideologiyadan, “miatsum” nağıllarından, etnik nifrətdən xilas ola bilmədiyini, hələ də paralel dünyada yaşadıqlarını bildirib.

İnterpress.az-ın xəbərinə görə, qurumun yaydığı bəyanatda qeyd olunub ki, tarixin arxivinə atılmış qondarma quruma aid bir sıra “təşkilatlar” beynəlxalq ictimaiyyətə “müraciət” ünvanlayıblar:

“Müraciət”in ən gülünc hissəsi Qarabağa qayıdış üçün Azərbaycanın suverenliyini və ərazi bütövlüyünün təhdid edən sarsaq şərtlərin qoyulmasıdır. Qarabağ erməniləri nəinki irqçi ideologiyadan, “miatsum” nağıllarından, etnik nifrətdən xilas ola bilmir, həm də hələ də paralel dünyada yaşayırlar. Hiss olunur ki, Vardan Oskanyan, Artak Beqleryan ağılda olan “müraciət”in müəllifləri son 35 il ərzində baş verənlərdən lazımi dərs çıxara bilməyiblər. Ermənistan hökuməti əgər həqiqətən də sülhdə maraqlıdırsa, onda Azərbaycana qarşı yönəlmiş bu cür təxribatçı addımların qarşısını almalıdır”.

Qarabağ separatçılarının “parlament” adlandırdıqları qondarma qurum beynəlxalq təşkilatlara müraciət edib və Azərbaycanın ünvanına böhtan xarakterli fikirlər səsləndirib, Qarabağ ermənilərinin hüquqlarının pozulduğunu iddia edib.