“İda“ qasırğası kiçik şəhərləri məhv etdibackend

“İda“ qasırğası kiçik şəhərləri məhv etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Meksika körfəzi sahillərində 3 gün əvvəl meydana gələn “İda” qasırğası nəticəsində ölkənin şimal-şərqində daşqınlar baş verib.

Yenisabah.az xəbər verir ki, nəticəsində ən az 46 nəfər həyatını itirib, Nyu-York metrosu su altında qalıb və təyyarələrin havaya qalxmasına icazə verilməyib.

Xüsusilə Nyu-York, Nyu-Cersi, Pensilvaniya və Konnektikut əyalətlərinə təsir edən qasırğanın yaratdığı daşqında sakinlərin zirzəmilərini su basıb, elektrik kəsilib və evlərin damları zədələnib.

“İda” qasırğası bəzi kiçik şəhərlərin tamamilə məhv olmasına səbəb olub.