“İki doza vaksin cəmi 6 ay immunitet yaradır“ – “Üçüncü doza qaçılmazdır!“backend

“İki doza vaksin cəmi 6 ay immunitet yaradır“ – “Üçüncü doza qaçılmazdır!“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusun mutasiyası nəticəsində yeni Delta variantının ortaya çıxmasından sonra Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə 3-cü peyvənd dozası təklif olunur.

Bu fikirlər sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib.

Maraqlıdır, üçüncü dozanı vurdurmağa nə ehtiyac var? Tələbdir, yoxsa könüllü? İki doza vaksin virusdan qorumurmu? Niyə 3 doza tövsiyə edilir?

Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev Yenisabah.az-a iki doza vaksinin artıq vaxtının bitdiyini söyləyib:

“Bu zaman məsələsi idi. İki doza vaksinin artıq vaxtı bitib.Peyvəndlənmə başlayanda biz demişdik ki, vaksinin təsir müddəti var. 6 ay ərzində əhalinin əksər hissəsi peyvəndlənməsə, artıq üçüncü dozaya ehtiyac olacaq. Təəssüflər olsun ki, bu məsələ nəzərə alınmadı. Sürətli peyvəndləmə prosesi qurulmadı.

Ona görə də vaxt etibarı ilə üçüncü doza vacib sayıldı. Çünki iki dozanın yaratdığı immunitet yəni 6 ay ərzində məhdudlaşır”.

Həkimin sözlərinə görə, doza sayında heç bir problem yoxdur:

“Bir həkim yoldaşım 6 ay əvvəl Sinovac peyvəndi vurdurub, immuniteti yoxlatdırdı, antitel çıxmadı. Yaranan immunitet demək olar ki, onda zəifləyirdi. Məcburdur ki, üçüncü dozanı vudursun. Doza sayında problem yoxdur.

Uşaqkən xəbərimiz olmadan belə doğum evində peyvəndlənmə aparılırdı. Peyvənddən qorxmaq lazım deyil. Heç bir təhlükəsi yoxdur”.

A.Əliyev özünü də üçüncü dəfə vaksin olunduğunu qeyd edib:

“Mən özüm də üç doza vaksin olunmuşam. Peyvənddən əvvəlki halımla sonrakı halım arasında heç bir mənfi bir dəyişiklik yoxdur.

Üçüncü doz vaksinini vurdurmaq istəyənlər şəxslərə əgər iki “Sinovac” vurulubsa, üçüncünü yaxşı olar ki, “Pfizer” vurdursun.

Peyvənd də koronavirusun süni formasıdır. İnsan sanki yoluxmuş biri kimi olur. Bununla yanaşı bədən də immunitet yaradır”.

Nəzrin Vahid 

“İki doza vaksin cəmi 6 ay immunitet yaradır“  - “Üçüncü doza qaçılmazdır!“