İlham Əliyev: “İtaliya şirkətləri azad olunmuş ərazilərin bərpasında iştirak edəcək”backend

İlham Əliyev: “İtaliya şirkətləri azad olunmuş ərazilərin bərpasında iştirak edəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

“İtaliya bizim üçün yaxın dost və tərəfdaşdır”.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” konfransında çıxışı zamanı fikir bildirib.

“İtaliyaya Ermənistanı dəstəkləyən qüvvələrin olduğu Avropa İttifaqı ailəsində münaqişənin həlli ilə bağlı ifadə edilməsi heç də həmişə asan olmayan bir yanaşmanı sərgilədiyinə görə minnətdarıq. Siyasi əlaqələrimiz əla səviyyədədir. Münaqişədən sonrakı dövrdə İtaliya nümayəndə heyətinin azad edilmiş ərazilərə səfəri tərəfimizdən daha bir dəstək əlaməti kimi qəbul edilir. Biz İtaliya şirkətlərini səfirlik vasitəsilə azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak etməyə dəvət etdik”, – dövlət başçısı deyib.

O, İtaliyanın əvvəllər də Azərbaycanda müxtəlif sahələrdə layihələr həyata keçirdiyini qeyd edib:

“Biz İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişlənməsini istəyirik”.

Onun sözlərinə görə, İtaliya şirkətləri artıq muzeylərin və müharibə memoriallarının təşkili layihəsində iştirak etməyə dəvət olunublar, başqa bir sahə də elektrik enerjisinin istehsalı olacaq.

 

 

İnterpress.az