İmmunoloq: “İnsanlara yeni bir vaksin vurulmalı olacaq”backend

İmmunoloq: “İnsanlara yeni bir vaksin vurulmalı olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Köhnə vaksinlərin effektivliyi iki dəfə azalsa, yeni bir vaksin növünün hazırlanmasına ehtiyac olacaq”.

bu barədə xüsusilə təhlükəli infeksiyalar üzrə mütəxəssis, immunoloq, tibb elmləri doktoru Vladislav Zemçuqov danışıb.

O qeyd edib ki, davamlı olaraq meydana gələn virusun mutasiyası onun kollektiv toxunulmazlığı ilə mübarizəni yaxşılaşdırmasına və öyrənməsinə səbəb olur.

“İndiki vaksinasiya bir müddət sonra mənasız olacaq. İnsanlara yeni bir vaksin vurulmalı olacaq. Yeni mutasiya növləri indiki vaksinlərin əhəmiyyətini azaldır”, – deyə immunoloq vurğulayıb və bildirib ki, indi gənclər virusa daha çox yoluxurlar.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya Səhiyyə Nazirliyi İnsan Kök Hüceyrə İnstitutu (HSCI) tərəfindən hazırlanan koronavirusa qarşı yeni Betuvax-CoV-2 vaksini üzərində klinik sınaqların başlamasını təsdiqləyib.     /Cebhe.info/